...

Prezident İlham Əliyevin Milli Məclisin payız sessiyasının ilk iclasında iştirakı gözlənilir

Siyasət Materials 29 Sentyabr 2006 14:06 (UTC +04:00)
Prezident İlham Əliyevin Milli Məclisin payız sessiyasının ilk iclasında iştirakı gözlənilir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Milli Məclisin oktyabrın 2-də başlayacaq payız sessiyasının ilk iclasında iştirakı gözlənilir. Bu barədə Trend ə Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.

E.İbrahimov onu da vurğulayıb ki, prezident Milli Məclisdə aparılan təmir işləri ilə tanış olacaq.

Komissiyanın sədri onu da əlavə edib ki, payız sesiyasının ilk iclasının gündəliyinə 25 məsələnin müzakirəsi daxil edilib: "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını əlavə və dəyişikliklərin edilməsi", "Payız sessiyasının təsdiqi"," Milli Məclisin daimi komissiyalarının (işçi qruplarının) tərkibində dəyişikliklərin edilməsi", Tacikistan, Litva, Tailand və Belçikada Azərbaycan səfirliklərinin təsdiq edilməsi və digər məsələlər müzakirə olunacaq".

Xəbər lenti

Xəbər lenti