...

Prezident İlham Əliyev prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam verib

Siyasət Materials 29 Sentyabr 2006 19:02 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam verib. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda göstərilir ki, Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin və hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçuların xüsusi rütbəyə görə əlavə haqqının məbləğləri Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə müvafiq maaşlarının məbləğləri səviyyəsində müəyyən edilsin. 2006-cı il dekabrın 1-dən isə prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 2,5 dəfə artırılması nəzərdə tutulub.

2006-cı il oktyabrın 1-dən isə prokurorluq orqanlarının hərbi prokuroluq işçiləri olmayan hərbi qulluqçularının və mülki işçilərin aylıq vəzifə maaşları orta hesabla 2,5 dəfə artırılıb. Bu göstərişlərin 2006-cı il dövlət büdcəsinə prokuoluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilməsi müəyyən edilib.

Sərəncamla əlaqədar Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib. Sərəncam imzalandığı gündən - 29 sentyabr 2006-cı il tarixdən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti