...

İlham Əliyev: Azərbaycanda informasiya texnologiyalarının fəal inkişafı üçün hçər cür imkan var

Siyasət Materials 3 Oktyabr 2006 11:30 (UTC +04:00)

Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda BakuTel-2006 beynəlxalq sərgisinin açılışında bəyan edib ki, ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verir və xüsusi diqqət ayırır. Trend in xəbər verdiyi kimi, dövlət başçısı bildirib ki, Azərbaycan 5-10 ildən sonra İT sahəsində lider kimi tanınmasına nail olmalıdır.

"3 il ərzində görülmüş işlər bu istiqamətdə gələcəyin prioritet olmasından xəbər verir. Həm Azərbaycanda, həm də ondan kənarda İT sahəsi böyük perspektivlərə malikdir. Bu gün Azərbaycandan ən qabaqcıl texnologiyaların tətbiq edilməsi tələb olunur", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafının prioritet istiqamətləri onun diversifikasiyası və qeyri-neft sektorunun inkişafından ibarətdir.

"5-10 ildən sonra bizə respublikanın artmış iqtisadi potensialından əldə edilmiş vəsaitləri sərmayə qoymaq lazım gələcək. Onlar arasında sərmayə qoyulacaq çoxlu sayda müxtəlif sahələr var. Ancaq bizim üçün ən mühümü İT sahəsidir. Əgər Azərbaycan bu sahədə uğur əldə edə bilsə, bu, böyük müsbət təsir göstərəcək", - deyə İlham Əliyev bildirib.

Onun fikrincə, İT sahəsinin inkişfı üçün ölkədə hər cür imkan var. "Ölkədə cəlbedici investisiya mühiti mövcuddur. Azərbaycan əhalinin adambaşına düşən sərmayələrə görə regionda liderdir və transmilli layihələr həyata keçirir", - deyə dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti