...

Şahmar Mövsümov: ARDNF-in 2007-ci ildə mənfəət neftinin satışından 1,4 mlrd. AZN əldə edəcəyi gözlənilir

Siyasət Materials 6 Oktyabr 2006 11:28 (UTC +04:00)
Şahmar Mövsümov: ARDNF-in 2007-ci ildə mənfəət neftinin satışından 1,4 mlrd. AZN əldə edəcəyi gözlənilir

Azərbaycan Dövlət Neft Fondunun proqnozlarına görə, 2007-ci ildə fondun gəlirləri təxminən 1,5 mlrd AZN, xərcləri isə 900 mln AZN təşkil edəcək. Trend in xəbər verdiyi kimi, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib ki, 2007-ci ildə fondun büdcəsi profisitlə birgə 600 mln AZN-ə bərabər olacaq.

"Bunlar hələlik 1 barel neftin $50 dəyərində qiyməti və 1 ABŞ dollarının 0,82AZN-ə bərabər məbləği ilə bağlı ilkin hesablamalardır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycanın mənfəət neftinin dünya bazarlarında satışından daxilolmaların 1,4 mlrd. AZN səviyyəsində olacağı gözlənilir.

Azərbaycan Azeri Light növlü mənfəət neftini "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində alır.

"Qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılması fondun xərclərində yenə də prioritet olaraq qalır. BTC boru kəməri layihəsinin başa çatması ilə əlaqədar bu layihə çərçivəsində xərclər olmayacaq", - deyə icraçı direktor qeyd edib.

Ş.Mövsümovun sözlərinə görə, BTC layihəsinin gerçəkləşdirilməsindən 2007-ci ildə ilk dividendlərin əldə olunması mümkünlüyü istisna olunmur.

"Ancaq bu, büdcəyə hələ daxil edilməyib", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti