...

Azərbaycan parlamenti ilin sonunadək "Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında" qanunu qəbul etməyi nəzərdə tutub

Siyasət Materials 7 Oktyabr 2006 12:00 (UTC +04:00)

2006-cı ilin sonunadək Azərbaycan parlamentinin "Azərbaycan SSR Əmanət Bankında əhalinin 1 yanvar 1992-ci ilə qədər həyata keçirdiyi əmanətlərin indeksləşdirilməsi haqqında" qanun layihəsinin qəbul edilməsi nəzərdə tutulub. İqtisadi məsələlər üzrə parlament komissiyasının sədri Ziyad Səmədzadənin Trend ə verdiyi xəbərə görə, sənəd hələ parlamentə daxil olmayıb, lakin qanun layihəsi üzrə müzakirələrin ilin sonunadək tamamlanacağı daha realdır.

"Sənəddə indeksləşdirmənin müddət və şərtləri, dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulduğundan, o, çox da böyük deyil", - deyə Z.Səmədzadə bildirib.

Onun sözlərinə görə, "Kapitalbank"da əmanətçilərin inventarlaşdırılması artıq tamamlanıb. Nəticədə bəzi çatışmazlıqlar aşkar edilib - saxta depozit kitabçaları və s. aşkar edilib.

"İndeksləşdirmə zamanı müəyyən itkilərin olması təbii prosesdir və bunu digər ölkələrin təcrübəsi də göstərir", - deyə deputat qeyd edib. İlkin hesablamalara görə, əmanətlərin indeksləşdirilməsinə 500-600 mln. manat tələb olunur. Z.Səmədzadə belə hesab edir.

2006-cı il dövlət büdcəsində əmanətlər üzrə indeksləşdirmə prosesinin başlanması üçün 50 mln. yeni manat nəzərdə tutulub.

Kapital Bank-da keçirilmiş inventarlaşdırma zamanı 1 mln. 986 min əmanətçi aşkar edilib. Onların əmanətlərinin ümumi məbləği 4,8 mlrd. sovet rublu təşkil edir. Maliyyə Nazirliyinin indeksləşdirmə keçirmək üçün 0,3-0,4 mlrd. ABŞ dolları, 0,5-0,55 mlrd. ABŞ dolları və 0,8-1 mlrd. ABŞ dolları tələb olunan üç variantı var. MDB ölkələri arasında indeksləşdirmə yalnız Qazaxıstan, Qırğızıstan və Belorus Respublikasında başa çatıb. Hazırda əmanətlərin indeksləşdirilməsi prosesi Rusiyada, Ukrayna və Moldovada gedir. Ölkələrin hər birində bu, müxtəlif cür baş verir. Belə ki, Rusiyada 1 sovet rublu 0,0033 ABŞ dolları, Qazaxıstanda - 0,006 ABŞ dolları (və ya 150 rubl 1 dollar kimi götürülüb), Ukraynada -0,009 ABŞ dolları, Belorusda - 0,33 ABŞ dolları, Moldovada - 0,20 ABŞ dolları, Qırğızıstanda 0,024 ABŞ dolları kimi götürülüb.

Z.Səmədzadənin fikrincə, gələcəkdə inflyasiya, əməyin real ödənilməsinə təsir göstərən amillərin dəyişməsini nəzərə alaraq, Azərbaycanda cari əmanətçilərin depozitlərinin sığortalanması sistemini yaratmaq lazımdır.

"Söhbət inflyasiyanın artımı baxımından əhalinin gəlirlərinin indeksləşdirilməsindən gedir və hazırda bu məsələ müzakirə olunur. Avropa ölkələrində bu, hər rüb keçirilir və real əmək haqqında dəyişikliklər edilir", - deyə Z.Səmədzadə qeyd edib.

Azərbaycanda 90-ci illərdə qəbul olunmuş "Əhalinin gəlirlərinin indeksləşdirilməsi haqqında" qanunun fəaliyyətsizliyini o belə izah edib ki, o zaman inflyasiya dördrəqəmli ədədlə ölçülürdü. Həm də həmin prosesin həyata keçirilməsi üçün maliyyə mənbələri yox idi, indi isə ölkənin ehtiyatları var.

Xəbər lenti

Xəbər lenti