...

Avstriyalı tarixçi ermənilərin azərbaycanlılara və yəhudilərə qarşı törətdiyi genosid faktı barədə materiallar toplayır

Siyasət Materials 11 Oktyabr 2006 18:11 (UTC +04:00)
Avstriyalı tarixçi ermənilərin azərbaycanlılara və yəhudilərə qarşı törətdiyi genosid faktı barədə materiallar toplayır

Azərbaycan tarix boyu tolerant bir dövlət olub. Burada ermənilər əsrlər boyu heç bir irqi və ya dini ayrıseçkiliyə məruz qalmadan sülh şəraitində yaşayıblar. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 11-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunda azərbaycanlı alimlərlə görüşü zamanı dünya şöhrətli Avstriya alimi - tarixçi Erik Fayql bildirib. O, Azərbaycanda ermənilərin azərbaycanlılara və yəhidələrə qarşı törətdiyi genosid faktı barədə növbəti kitabı üçün materiallar toplamaq məqsədi ilə gəlib.

Öz işləri ilə o, 1918-19-cu illərdə baş vermiş faciəli hadisələrlə bağlı əsl tarixi faktları dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir. Həmin tarixdə ermənilərin törətdikləri genosid aktları nəticəsində minlərlə azərbaycanlı, o cümlədən o dövrdə Azərbaycanda yaşamış yəhudi, alman və bir sıra milli azlıq nümayəndələri bu vandalizmin qurbanları olub.

Alim birgə səylər nəticəsində həmin hadisələri işıqlandırmaq və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün AMEA İnsan Haqları İnstitutu, eləcə də bu tarixi faktların tədqiqi ilə məşğul olan bir sıra ictimai təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir.

Avstriyalı alimin 1918-19-cu illərdə ermənilərin Azərbaycanda yaşayan dinc yəhudilərə qarşı törətdiyi genosid faktları ilə bağlı tədqiqatları bütün dünyada böyük rezonans doğurub, - deyə AMEA İnsan Haqları İnstitutunun direktoru Rövşən Mustafayev bildirib. O, böyük təəssüf hissi ilə qeyd edib ki, bu günə qədər bu faktlar Azərbaycanda kifayət qədər öyrənilməyib (təxmini hesablamalara görə o vaxt 3 minə yaxın yəhudi qətlə yetirilib). İnstitut rəhbərinin qeyd etdiyi kimi, gürcü alimlərinin son tədqiqatları təsdiq edir ki, ermənilər tərəfindən gürcülərə qarşı törədilmiş genosid faktları azərbaycanlılara qarşı törədilən genosid faktlarından daha çoxdur. Ermənilər tərəfindən Azərbaycanın Xanlar rayonu ərazisində kompakt şəkildə yaşayan almanlara qarşı törədilmiş genosild faktları azərbaycanlı alim və Milli Məclis üzvü Rövşən Rzayevin rəhbərliyi ilə "Təşəbbüslər Mərkəzi"nin alimləri tərəfindən tədqiq edilir. Törədilmiş genosid aktları ilə bağlı bir sıra faktlar təsdiq olunub və onlar kitabına daxil etməsi üçün avstriyalı alimə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti