...

Səfir: Azərbaycan və Fransa prezidentləri qarşılıqlı səfərlər edəcəklər

Siyasət Materials 11 Oktyabr 2006 18:48 (UTC +04:00)

2007-ci ilin yanvar ayının üçüncü ongünlüyündə Azərbaycan prezidenti İlham Əliyev Fransaya rəsmi səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Fransanın Azərbaycandakı səfiri Bernar dü Şafo açıqlama verib.

O bildirib ki, bu səfər öz təntənəsi ilə digərlərindən fərqlənəcək. Gələn ilin birinci yarısında Azərbaycan və Fransa arasında çox sıx əməkdaşlıq nəzərdə tutulub.

Fransa prezidenti Jak Şirakın Azərbaycana ilk səfəri də həmin müddət ərzində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti