...

Əli Həsənov : "Seçki komissiyalarının tərkibi ilə bağlı məsələ Venesiya Komissiyasında müzakirə olunacaq"

Siyasət Materials 14 Oktyabr 2006 13:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı məsələ Venesiya Komissiyasında müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə bildirib.

Ə.Həsənov onu da qeyd edib ki, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı məsələ Veneseya Komissiyası ilə müzakirə olunmaqdadır: "Bu məsələ ilə bağlı Venesiya Komissiyasının tövsiyələri olub. Azərbaycan höküməti bu tövsiyələrə münasibətini hazırlayıb, komissiyaya göndərib. Bu barədə müzakirələr aparılacaq".

Əli Həsənov bu məsələdə Azərbaycanın mövqeyini açıqlayıb: "Bizim mövqeyimiz ondan ibarətdir ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılsın. Məqsədimiz parlamentdə təmsil olunan müxalifət, iqtidar partiyalarının və bitərəflərin nümayəndələrinin komissiyalarda paritet əsaslarla təmsil olunmasıdır. Bu, ən normal tərkibdir. Yox, əgər təkidlə Komissiyaların tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gələrsə, o zaman əlavə təkliflər ortaya qoyula bilər. Bu da ondan ibarət ola bilər ki, ümumiyyətlə, komissiyalar siyasətdən uzaqlaşdırılsın, tam müstəqil professional komissiyalar olsun".

Xəbər lenti

Xəbər lenti