Oktyabrın 18-19-da Moskvada Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər Komitəsinin "Demokratiyanın qurulmasında siyasi partiyaların rolu" mövzusunda forumu ilə bağlı Xüsusi Komitənin iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirblər.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Əli Əhmədov, Sabir Rüstəmxanlı və Sabir Hacıyev iştirak edəcəklər.
Müxtəlif ölkələrin siyasi partiya və ictimai birlik nümayəndələrinin təmsil olunduğu forum Rusiya Dövlət Duması və Avropa Şurası Parlament Assambleyası tərəfindən təşkil edilmişdir.
Tədbirdə siyasi partiyalar və demokratik proses iştirakçılarının qarşılıqlı fəaliyyəti, demokratik institutların qurulması və gücləndirilməsi məsələləri ilə bağlı fikirlər söylənəcək, informasiya və təcrübə mübadiləsi aparılacaq.