...

AXCP Prezident Aparatının 300 metrliyində icazəsiz piket keçirəcək

Siyasət Materials 1 Noyabr 2006 19:52 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) noyabrın 2-də saat 12.00-da Prezident Aparatının binasının 300 metrliyində aksiya keçirəcək. Trend xəbər verir ki, bu barədə qərar partiyanın noyabrın 1-də keçirilən İdarə Heyətinin toplantısında qəbul edilib.

Toplantıda "Azadlıq" qəzetinin Xəqani küçəçi, 33 ünvanda yerləşən ofisindən çıxarılmasına etiraz olaraq keçiriləcək aksiyaya hazırlıq işləri müzakirə olunub. Toplantıda Prezident Aparatının 300 metrliyində planlaşdırılan aksiyanın təxirə salınmaması qərar alınıb.

"Azadlıq" siyasi blokunun üzvü olan müxalifətdəki AXCP 90-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin bazasında yaradılıb. 1993-cü ildə partiya kimi təşəkkül tapıb. Partiyanın ilk sədri eks-prezident Əbülfəz Elçibəy olub. İndiki sədri isə Əli Kərimlidir. Ə.Elçibəyin vəfatından sonra partiya üç yerə parçalandı.

Xəbər lenti

Xəbər lenti