...

Nazir: Azərbaycan fəal surətdə dünyanın informasiya məkanına inteqrasiya edir

Siyasət Materials 9 Noyabr 2006 13:35 (UTC +04:00)
Nazir: Azərbaycan fəal surətdə dünyanın informasiya məkanına inteqrasiya edir

Beynəlxalq təşkilatlar, xüsusilə də BMT qlobal inteqrasiya strategiyasını başlıca məqsədlərindən biri seçiblər. Həmin məqsədə çatmaq üçün 141 il ərzində telekommunikasiya sahəsində beynəlxalq siyasət həyata keçirən bir təşkilat kimi Beynəlxalq Elektron Rabitə İttifaqının (BERİ) rolu danılmazdır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov noyabrın 6-dan 24-dək Antalyada keçirilən BERİ-nin 17-ci Səlahiyyətli konfransında çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, BERİ öz məqsədlərini həyata keçirmək üçün sivilizasiyanın bütün qabaqcıl yüksək texnoloji nailiyyətlərindən, o cümlədən İnternetdən istifadə edir.

"Məhz İnternet Qlobal İnformasiya Cəmiyyətinin yaradılmasının əsası olub. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya sammitinin Cenevrə və Tunis mərhələləri bu prosesin komplekslik və çətinliklə aradan qaldırıla biləcəyini, o cümlədən yer kürəsinin hər bir nümayəndəsi üçün universallığını sübut edib", - deyə Ə.Abbasov vurğulayıb. Eyni zamanda Sammitin BERİ-nin birbaşa koordinasiyası və BMT-nin təşəbbüsü ilə keçirilən mərhələlərinin konkret yekun sənədləri ilə tamamlandığına baxmayaraq, həqiqətdə, qarşıya qoyulmuş məqsədlərə çatmaqda funksional şaxələnmə mövcud olub. Rabitə naziri hesab edir ki, bu, öz növbəsində, BERİ çərçivəsində üç mühüm problematik məsələlərin dərin təhlil olunmasını tələb edir.

Birincisi, Qlobal İnformasiya Cəmiyyətinin yaradılması üçün optimal yanaşmanın seçilməsidir; ikincisi - İnformasiya Cəmiyyəti üzrə Qlobal Alyansla (GAID) qarşılıqlı əlaqənin birbaşa koordinasiyası zamanı "rəqəm fərqi" probleminin həll olunması, üçüncüsü isə - İnternet Forumun (IGF) köməyi ilə qlobal şəbəkənin idarəsi ilə bağlı problemlərin həllidir.

Ə.Abbasov bildirib ki, bütün bu məsələlər Qlobal Alyans çərçivəsində regional nazirlərin oktyabrın 2-də Azərbaycanda keçirilən görüşündə ciddi müzakirə mövzusu olub və nəticədə qeyd olunub ki, bu məsələlərin həlli üçün aşağıdakı amilləri nəzərə almaq lazımdır:

- informasiya texnologiyaları artıq telekommunikasiyaların inkişafını ötüb və üçqat, hətta dördqat əlavə yaradaraq, televiziya ilə vahid mühitə daxil olub; bu mərhələdə millətlərarası və bölgələrarası "rəqəm fərqi"nin artması yolverilməzdir;

- hər bir elmi kəşf kimi, İnternet də sivilizasiyanın nailiyyətidir və bu amil onun idarəsinin universallaşdırılması üzrə yeganə yanaşma olmalıdır. Nazir vurğulayıb ki, yeni texnologiyaların inkişafında texniki normativlərin hazırlanması zamanı ciddi texniki problemlər yaranıb. "Məsələn, hazırda yerüstü əsaslandırılmalı rəqəmli televiziyanın tətbiqi üzrə ciddi beynəlxalq müzakirələr aparılır və bu prosesin 2015-ci ilə qədər tamamlanacağı gözlənilir. Lakin eyni zamanda yaxın gələcəkdə rəqabət etməyin mümkün olmayacağı simsiz genişzolaqlı çıxış əsasında IP televiziya inkişaf edir. Biz bu məsələdə gecikirik və səmərəli texnologiyaların tətbiq olunmasının koordinasiya templərini sürətləndirmək lazımdır", - deyə o qeyd edib.

Azərbaycanın rabitə naziri elektromaqnit uyğunluğun və sərhəd zonaları və millətlərarası münaqişələrin nəticəsi olan nəzarət olunmayan ərazilərdə, məsələn Ermənistanın işğal etdiyi Azərbaycan rayonları və Dağlıq Qarabağda radio-telekanalların yayılmasının koordinasiyası səylərini zəruri hesab edir. Rabitə sputniklərinin işə salınmasının lisenziyalaşdırılması məsələlərinin koordinasiyası xeyli yaxşılaşmalıdır. Kosmosda BERİ-nin mübarizə aparmalı olduğu inhisar yolverilməzdir.

"Azərbaycan - zəngin neft ehtiyatlarına, zəngin mədəniyyətə və insan potensialına malik gənc ölkədir və fəal surətdə dünyanın informasiya məkanına inteqrasiya edir. Biz İnformasiya texnologiyalarını iqtisadiyyatda enerji sektorundan sonra ikinci prioritet sahə müəyyən etmişik. Bu il biz ilk dəfə BERİ-yə öz namizədliyimizi irəli sürürük və sizin dəstəyinizə ümid edirik", - deyə Ə.Abbasov öz çıxışının sonunda bildirib.

Azərbaycan Rabitə Nazirliyi nümayəndə heyətinin səfəri noyabrın 12-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti