"ABŞ Konqresinə keçirilmiş seçkilərin Azərbaycanla münasibətlərə necə təsir göstərəcəyini demək hələ çətindir". Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henik məlumat verib.
Onun sözlərinə görə, konkret fikir söyləmək çətindir. "Axı yeni seçilmiş konqresmenlər öz vəzifələrinə hələ başlamayıb və Konqresin xarici siyasətdə necə təmsil olunacağı məlum deyil. "Ancaq deyə bilərəm ki, ümumiyyətlə, Amerika sistemində xarici siyasət prezident tərəfindən formalaşır. Əlbəttə, Konqres də təsirə malikdir. Ancaq bu çox məhduddur", - deyə C.Henik bildirib.