...

Azərbaycan nümayəndələri NATO-nun Riqa sammitində iştirak etməyəcəklər

Siyasət Materials 10 Noyabr 2006 14:05 (UTC +04:00)

Azərbaycan nümayəndələri NATO-nun noyabrın 28-29-da Riqada keçiriləcək sammitində iştirak etməyəcəklər. Bu barədə Trend ə Azərbaycanın NATO-dakı missiyasının mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, NATO-nun Riqa sammiti yalnız təşkilatın üzv-ölkələri üçün nəzərdə tutulub və orada tərəfdaş-ölkələrin nümayəndələrinin iştirak edəcəyi gözlənilmir. Gürcü spikerinin sammitin işində iştirak etmək niyyəti haqqında məlumata şərh verən L.Abdullayeva qeyd edib ki, "bəlkə kiməsə forumun açılışında və bağlanmasında iştirak etmək üçün xüsusi dəvətnamə verilib, lakin sammit tərəfdaş-ölkələr üçün nəzərdə tutulmayıb".

Missiyanın mətbuat katibi həmçinin bildirib ki, Riqa sammitinə qədər NATO və Azərbaycan arasında hər hansı ikitərəfli əlaqə və səfərin olacağı gözlənilmir.

Xəbər lenti

Xəbər lenti