...

Noyabrın 25-də prokurorluq orqanına işə qəbulla əlaqədar test imtahanı keçiriləcək

Siyasət Materials 20 Noyabr 2006 12:24 (UTC +04:00)

Noyabrın 25-də Azərbaycanın prokurorluq orqanına işə qəbulla əlaqədar test imtahanı keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

İmtahan səhər saat 10.00-da Əl Oyunları Sarayında başlanacaq. İşə qəbul üçün sənəd vermiş namizədlərlə müsabiqənin keçirilməsindən ötrü test imtahanının sualları kitabça halında çap edilib. Namizədlər test imtahanı suallarının kitabçasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından əldə edə bilərlər.

Qeyd edək ki, prokurorluq orqanına işə qəbulla əlaqədar 500-dən artıq hüquq təhsilli Azərbaycan vətəndaşı sənəd təqdim edib.

Xəbər lenti

Xəbər lenti