...

"Azərenerji" rəhbəri: "Azərbaycan və İranın enerji sistemləri paralel rejimdə işləməyə başlayır"

Siyasət Materials 24 Noyabr 2006 15:19 (UTC +04:00)
"Azərenerji" rəhbəri: "Azərbaycan və İranın enerji sistemləri paralel rejimdə işləməyə başlayır"

Azərbaycan və İran 2006-cı il dekabrın 1-dən hər iki dövlətin enerji sistemlərinin paralel rejimdə işləməsi haqqında müqavilə imzalayıb. Bununla Azərbaycanın İrandan ehtiyac duyulduğu qış mövsümündə hər ay 600-700 kVt/s alacağı, İranda çatışmazlıq olduğu yay mövsümündə elə bu həcmdə qaytaracağı ehtimal olunur.

Trend -in məlumatına görə, bu haqda bu gün "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev "Yeni Azərbaycan" partiyasının qərargahında keçirilən mətbuat konfransında bildirib.

Elektrik enerjisi mövcud İmişli (AR) -Parsabad (İİR) və Astara (AR)- Astara (İİR) xətləri ilə ötürüləcək.

E.Pirverdiyevin qeyd etdiyi kimi, bu müqavilə alınan elektrik enerjisinin pulunu ödəməyi nəzərdə tutmur, belə ki, tədarük edildiyi həcmdə qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti