...

Gürcüstanın baş naziri Azərbaycanda qazla bağlı danışıqlardan məmnundur

Siyasət Materials 30 Noyabr 2006 18:26 (UTC +04:00)
Gürcüstanın baş naziri Azərbaycanda qazla bağlı danışıqlardan məmnundur

Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıda Azərbaycandan qaz alınması məsələləri ilə, Kars-Axalkalaki-Tiflis-Bakı dəmir yolunun tikintisi, eyni zamanda elektrik enerjisi ilə bağlı bugünkü danışıqların gedişatından razılığını bildirib.

Trend -in məlumatına görə, bu gün Zurab Noqaideli Xəzər İnteqrasiya və İş Klubundakı görüşdə bildirib ki, dekabrın 6-8-də Azərbaycan, Gürcüstan və Türkiyə energetika nazirlərinin Azərbaycandan qaz tədarükünün şərtləri və həcmi məsələləri ilə, eyni zamanda onun ölkələr arasında paylaşdırılması ilə bağlı görüşü olacaq.

O deyib: "Azərbaycan bu qış Gürcüstana qaz tədarük etməyə hazırdır, lakin onun həcmi və qiyməti hələ təsdiqlənməyib".

"Gürcüstanın qaz sarıdan 1,5 milyard m3 həcmində əskiyi var. Bu ehtiyacın hansı hissəsinin Azərbaycanın hesabına olacağı hələ məlum deyil. Biz həm də İran və RF ilə danışıqları davam etdiririk", -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti