...

Belə möhkəm ödəmə balansı ilə Azərbaycanın BVF kreditlərinə ehtiyacı yoxdur

Siyasət Materials 1 Dekabr 2006 20:23 (UTC +04:00)
Belə möhkəm  ödəmə balansı ilə  Azərbaycanın BVF kreditlərinə ehtiyacı yoxdur

Fevralın ikinci yarısında Beynəlxalq Valyuta Fodunun (BVF) geniş tərkibli missiyası, başda Yaxın Şərq və Orta Asiya ölkələri üzrə işlər departamentinin direktor müavini Vitali Kramarenko olmaqla Bakıya səfəri gözlənilir.

BVF-in Bakı nümayəndəliyinin rəhbəri Bazel Zavoykonun Trend -ə verdiyi məlumata görə, səfərin əsas məqsədi "BVF haqqında" sazişin IV maddəsi üzrə müzakirələr keçirməkdir. O, Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq haqqında müzakirənin mümkünlüyünü istisna etmir.

B.Zavoyko qeyd edib: "Bizdə həmişə formasından asılı olmayaraq əməkdaşlıq davam edib. Azərbaycanın belə güclü ödəmə balansı olduğu halda Valyuta Fondunun kreditləri ilə ölkəyə dəstək göstərmək məsələsi artıq gündəlikdə deyil".

Bununla yanaşı, BVF-u Stand-by preventiv proqram çərçivəsində bir variantı nəzərdən keçirir, lakin onu hökumətə təqdim etmək hələ tezdir.

"Biz bu proqram çərçivəsində hələ Azərbaycan hökuməti ilə danışıqlara başlamamışıq və düşünürəm ki, hələ tezdir. Belə ki, ölkə hökuməti hələ maliyyə vəziyyətinin yeni mərhələsini mənimsəyir", deyə nümayəndəliyin rəhbəri bildirib.

Hazırda BVF ilə əməkdaşlıq məsləhət çərçivəsində qurulur ki, bu da proqram əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti