Azərbaycanlıların Həmrəylik Günü (31 dekabr) münasibətilə Azərbaycanın Çindəki səfirliyinin nəzindində Azərbaycan Mədəniyyət Mərkəzi açılır. Bu barədə Trend ə Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev məlumat verib
O qeyd edib ki, Mərkəzin binası səfirliyin binasının yaxınlığında yerləşir. Təmir işləri artıq başa çatıb və hal-hazırda Mərkəzin içində abadlıq işləri aparılır.
Y.Əliyev həmçinin bildirib ki, tanınmış Azərbaycan incəsənət xadimlərinin rəsm əsərləri və işləri artıq alınıb və dekabrın ikinci yarısında Mərkəzin təntənəli açılış mərasimi keçiriləcək.