...

Azərbaycan Kommunist Partiyası qurultayının vaxtını müəyyənləşdirib

Siyasət Materials 11 Yanvar 2007 12:32 (UTC +04:00)

Müxalifətyönlü solçu partiya olan Azərbaycan Kommunist Partiyasının (AKP) növbəti qurultayı fevralın 24-də keçiriləcək. Bu barədə Trend ə AKP-dən məlumat verilib.

Məlumatda bildirilir ki, kommunistlər qurultaya hazırlıq işlərini başa çatdırıblar. Lakin qurultayın harada keçiriləcəyi dəqiqləşdirilməyib.

AKP sədri postuna heç kimin namizədliyini irəli sürməyib.

"Çox guman ki, R amiz Əhmədov olan yerdə heç kim onun vəzifəsinə namizədliyini irəli sürməyəcək. Çünki Ramiz Əhmzdov bu partiyanın qurucusudur" - deyə məlumatda bildirilir.

Xatırladaq ki, AKP 20-ci əsrin əvvəllərində yaradılan Azərbaycan Kommunist Partiyasının varisi kimi çıxış edir. SSRİ dağıldıqdan sonra Ramiz Əhmədov AKP-ni bərpa edib və onun sədri seçilib. R.Əhmədov 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Xəbər lenti

Xəbər lenti