...

BVF nümayəndəliyinin rəhbəri: "Azərbaycan hökuməti dövlət xərclərinə ehtiyatla yanaşmalıdır"

Siyasət Materials 12 Yanvar 2007 15:33 (UTC +04:00)
BVF nümayəndəliyinin rəhbəri: "Azərbaycan hökuməti dövlət xərclərinə ehtiyatla yanaşmalıdır"

Azərbaycan Tarif Şurasının kommunal xidmətlərin, enerji daşıyıcılarının, şəhər nəqliyyatında gediş haqqının artırılması barədə 6 yanvar 2007-ci il tarixli qərarından sonra ölkədə iqtisadiyyatın gələcək inkişafı barədə çoxlu proqnozlar söyləndi. Azərbaycan hökümətinin dünya standartlarına uyğun tariflərə keçmək barədə tövsiyyələrinin beynəlxalq təşkilatlara əsaslandığını nəzərə alaraq, situasiyanı Trend ə verdiyi eksklüziv müsahibədə Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı təmsilçiliyinin rəhbəri Bazel Zavoyka şərh edir:

- Fondun və Azərbaycan hökumətinin inflyasiya tempi hesablamalarında fərq nədədir? BVF hazırkı bahalaşmanı hesaba almadan ölkə üçün ikirəqəmli inflyasiya proqnozlaşdırmışdı, Azərbaycan hökuməti isə birrəqəmli səviyyənin saxlanılmasını təkid edir.

- İstehlak qiymətləri əmsalının iki hesablama foroması var-ümumi və baza. Ümumi inflyasiya istehlakçının rastlaşdığı bütün qiymətlərin formalaşması vasitəsilə hesablanır və iki idövr arasında fərq görünür. BVF ümumi inflyasiyanı əsasən illik, 2005-ci ilin dekabrına və 2006-cı ilin dekabrına olan əmsallar arasındakı fərq vasitəsilə hesablayır. Azərbaycan Milli Bankı bir ilin 12 ayının orta göstəricisini hesablayır və onu əvvəlki ilin analoji dövrü ilə müqayisə edir. Bəzən bu müxtəlif nəticələrə gətirir.
2006-cı ilin sonuna olan vəziyyətə görə BVF Azərbaycan üçün 11,5% səviyyəsində inflyasiya proqnozlaşdırmışdı, necə ki, AMB-nın hesablamalarına görə, ötən il ərzində baza inflyasiyası 8,5% təşkil edib. Bu onu göstərir ki, Milli Bank ölkədə birrəqəmli inflyasiyanın saxlanılması barədə öz məqsəd göstəricilərinə nail olub.
İldən-ilə inflyasiyanın artım tempinin müqayisəsilə, ilin sonunda qiymətlərin qalxdığı təqdirdə daha yüksək inflyasiya səviyyəsi alınır.
Əgər nəzərə alsaq ki, ilin sonundakına nəzərən, 11 ay ərzində heç bir dəyişikliklər baş verməyib, onda iki ilin dekabrı ərzində olan göstəricilər arasında daha böyük fərq alınacaq, nəinki, iki ilin 12 ayı ərzində. Ona görə də inflyasiyanın hesablanmasında əhatə dövrünü bilmək lazımdır.
Ümumi və baza inflyasiyalarına gəlincə, onda istehlak qiymətləri əmsalına AMB-də nizamlana bilməyən qruplardan birinin bir neçə göstəricisi aid olur, ona görə də onların dəyişkənliyini Azərbaycan Milli bankı əvvəlcədən proqnozlaşdıra bilməz. Bu qrupa elektrik enerjisinin, suyun qiyməti, nəqliyyat tarifləri və s. aiddir. AMB hökümətin bu istiqamətdə sonrakı addımlarını əvvəlcədən bilə bilməz.
Başqa bir proqnozlaşdırıla bilməyən göstərici məhsulların qiymətləridir ki, bu, bir çox faktorlardan, məsələn, təbii-iqlim şərtlərindən asılıdır. Pis hava şəraitində məhsul istehsalı azalır, bazarda qiymətlər isə artır. AMB baza inflyasiyaları məqsədləri arasında öz monetar siyasətini formalaşdırdıqda bu qrup göstəriciləri də nəzərə alır. Ona görə də, 2006-cı ildə birrəqəmli inflyasiyanın proqnozlaşdırılmasında baza inflyasiyaları nəzərdə tutulur.
Mən hesab edirəm ki, son illər Milli bank monetar siyasətinin formalaşdırılması və icrasında öz biliklərini əhəmiyyətli dərəcədə artırıb. Bu istiqamətdə heyət genişləndirilib, BR, İsveçrə höküməti tərəfindən beynəlxalq texniki yardım göstərilir , Dövlət Neft Fondunun texniki yardımı çərçivəsində həmçinin AMB-yə kömək komponenti var. Biz hesab edirik ki, AMB-də ciddi qrup formalaşıb.

-Sizcə, hazırki qiymət artımının hansı nəticələri ola bilər və BVF Azərbaycan hökumətinə nə tövsiyyə edə bilər?

- Bu məsələ BVF-nin fevral missiyasında nəzərdən keçiriləcək, belə ki, biz hələ özümüz üçün bahalaşmanın konkret hansı istiqamətdə və nə qədər getdiyini dəqiqləşdirməmişik. Missiyanın qiymətləndirməyə daxil olması üçün biz artıq fonda bütün lazımi materialları göndərməyə hazırlaşırıq.
Biz bu qərarın bütün istiqamətlərə, o cümlədən, dövlət büdcəsinə təsirinə diqqətlə baxırıq. Bu məsələni belə tez başa çatdırmaq olmaz, yəni yeni məlumatın həcmi kifayət qədər genişdir. Qiymətləndirmə üzrə bütün işlər gedəcək və fevral ayı ərzində, BVF-nun Orta Asiya və Yaxın Şərq ölkələri üzrə iş Departamentinin direktor müavini Vitali Kramarenkonun rəhbərliyi ilə missiyası Bakıya gələndə başa çatacaq.

- Sizcə, BVF-nin Azərbaycan hökumətinə büdcə vəsaitlərinin xərclənmə tempinin azaldılması barədə tövsiyyələri nə dərəcədə yerinə yetirilib?

- Biz indi hesab edirik ki, hökumət dövlət xərclərinə ehtiyatla yanaşmalıdır. Əks təqdirdə, bu, tək inflyasiya prosesinə təsir etməyəcək, həm də vəsaitlərin xərclənmə keyfiyyətini təmin etmək çətin olacaq. Gələcək missiya zamanı nəzərdən keçiriləcək məsələlərdən biri də büdcə xərclərinin artım tempi və onların BVF tərəfindən təklif olunmuş templə uyğunlaşması məsələsi olacaq.

Xəbər lenti

Xəbər lenti