...

YAP Xocalı rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 17 Yanvar 2007 13:01 (UTC +04:00)

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının II konfransı keçirilib.

Trend in məlumatına görə, konfransda YAP Xocalı rayon təşkilatının sədri Iahid Əliyev hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın ötən dövr ərzində gördüyü işlər, qazandığı uğurlar və qarşıda duran vəzifələri barədə geniş məlumat verib.

Mandat komissiyasının verdiyi məlumata görə konfransda 83 partiya üzvü iştirak edib. Milli Məclisin deputatı Elman Məmmədov konfranda çıxış edərək partiyanın keçdiyi şərəfli tarixi yoldan və qarşıda duran vəzifələrdən danışıb.

Konfrans nümayəndələri rayon təşkilatının 21 nəfərdən ibarət şurasını və 3 nəfərdən ibarət nəzarət təftiş qrupunu seçiblər.

Iahid Əliyev YAP Xocalı rayon təşkilatının sədri seçilib.

Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti