...

BŞBPİ şöbə rəisi Ş.Seyidli: "Azadlıq blokunun icazəsiz aksiyası zamanı 10-15 nəfər saxlanılıb"

Siyasət Materials 26 Yanvar 2007 16:22 (UTC +04:00)

"Azadlıq blokunun icazəsiz aksiyası zamanı 10-15 nəfər saxlanılıb və 37-ci polis bölməsinə aparılıblar". Trendin məlumatına görə, bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsinin İçtimai Təhlükəsizlik Şöbəsinin rəisi Şamil Seyidli məlumat verib.

O, bildirib ki, Azadlıq blokunun tərafdarları Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməklə içtimai əsayişi pozublar və bu zaman onlar polislə qarşıdurmaya getməklə yanaşı, yolların bağlanmasına səbəb olublar.

Ş.Seyidli əlavə edib ki, icazəsiz aksiya keçirənrin işi araşdırıldıqdan sonra məhkəməyə göndəriləcək.

Asayışı pozanlar haqqında müvafiq tədbirlər görüləcək, -deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti