Azərbaycan, Bakı/müxbir Trend Z.İbrahimxəlilova/ Hərbi prokurorluq ötən ilin dekabrın 19-da Gəncənin N saylı hərbi hissəsində atışma işi üzrə yeni faktları araşdırır. Bu barədə Azərbaycanın Hərbi Prokurorluğundan məlumat verilib.
2006-cı ildə əsgər yoldaşları Ceyhun Mikayılovu qətlə yetirən və Vüsal Seyidovu yaralayan Fuad Həsənova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228 və 120-ci maddələrinə əsasən cinayət işi qaldırılıb.