...

Azərbaycan Dövlət dəmir yolu Bakı-Tiflis-Qars marşrutu üzrə yük daşınmalarının proqnozlarını açıqlayıb

Siyasət Materials 23 Fevral 2007 13:09 (UTC +04:00)

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ Azərbaycan dövlət Dəmir yolu (ADDY) proqnoz verir ki, Bakı-Tiflis-Qars layihəsi üzrə yük nəqlinin illik həcmi 15 mln. ton təşkil edəcək. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə ADDY başçısı Arif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, iqtisadi nöqteyi-nəzərindən Bakı-Tiflis-Qars layihəsi ADDY üçün son dərəcə əlverişlidir.

"Gürcüstan 200 mln. ABŞ dolları tələb edən öz yolunun hissəsinin maliyyələşdirilməsi üçün tender keçirəcək, Türkiyə öz vəsaitləri hesabına 220 mln. ABŞ dolları məbləğində qiymətləndirilən öz dəmir yolu ərazisini inşa edəcək. Bizim proqnozlarımıza görə, əgər biz cari ilin iyul ayında işə başlasaq, o zaman iki ildən sonra Bakı-Tiflis-Qars dəmir yolu istismara veriləcək", - deyə o bildirib.

2007-ci ilin fevral ayında Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qars layihəsi üzrə saziş imzalayıblar. Bu dəmir yolu Çin, Monqolustan və başqa Asiya ölkələrinin Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya və əksinə çıxışı deməkdir.

ADDY başçısının sözlərinə görə, Bakı-Tiflis hissəsi artıq mövcuddur və Azərbaycan dəmir yolu hissəsinin tikintisi üçün Gürcüstana 200 mln. ABŞ dolları dəyərində maliyyə yardımı göstərəcək. Bu, Gürcüstana 1%-lə 25 il müddətinə verilən kreditdir.

"Qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti Bakı-Böyük-Kəsik infrastrukturunun inkişafını nəzərdə tutan xüsusi Dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ADDY-yə müvafiq təkliflərin hazırlanması və təqdim olunması həvalə olunub", - deyə ADDY başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti