...

Türkiyə SQ Baş qərargahının ikinci rəisinin Bakıya səfər proqramı razılaşdırılır

Siyasət Materials 23 Fevral 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycan və Türkiyə arasında hərbi-müdafiə sahəsində əməkdaşlıq perspektivləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 2-ci rəisi Ərgün Sayqunun 26 fevral- 1 mart tarixlərində Azərbaycana səfəri zamanı diqqət mərkəzində olacaq. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, səfərin birinci günü türk generalı Fəxri xiyabanı və türk şəhidinin memorial kompleksini ziyarət edəcək. Sonra nümayəndə heyətini Azərbaycanın müdafiə naziri Səfər Əbiyev qəbul edəcək. Fevralın 27-də Ərgün Sayqunu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək. Səfər zamanı martın 1-də türk ordusunun generalı Azərbaycan DİN -in daxili qoşunlarının komandanı ilə və Azərbaycan prezidenti yanında Dövlət mühafizə xidmətində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti