...

Müsavat başqanı amerikalı professorlarla görüşüb

Siyasət Materials 9 Mart 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 9-da müxalifət təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ-ın Korned Universitetinin professoru Yalerie Bunse və Vaşinqton Universiteninin professoru Şaron Volçiklə görüşüb. Bu barədə Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı amerikalı alimlər Azərbaycandakı siyasi proseslər barədə məlumatlı olduqlarını bildiriblər. Görüşdə Azərbaycanın regionda və cagdaş dünyada yeri, Müsavat Partiyasının mövqeyi, fəaliyyəti ilə baglı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti