...

ADP-nin yeni konsepsiyasında müxalifət partiyaları 4 qrupa ayrılıb

Siyasət Materials 14 Mart 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) iqtidar və müxalifət partiyalarına münasibətini əks etdirən konsepsiya hazırlayıb. Bu barədə ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib.

O bildirib ki, bu konsepsiyanın hazırlanması ADP-nin yeni siyasi kursu ilə bağılır. Cəlaloğlunun sözlərinə görə, sənədə əsasən,ADP-nin partiyalara münasibəti fərqli olacaq. ADP öz konsepsiyasında müxalifət partiyalarını siyasi mövqelərinə görə əsasən dörd qrupa ayırıb: "Bunlar radikal, konsturktiv, loyal və yalançı müxalifət partiyalarıdır. Konsepsiyaya əsasən, ADP-nin konstruktiv müxalifət partiyaları ilə əməkdaşlığı uzunmüddətli və daha möhkəm olacaq, iqtidara loyal olan partiyalarla yalnız ümummilli məsələlərlə əlaqədar əməkdaşlıq ediləcək, siyasi dialoqdan imtina edən partiyalarla ancaq epizodik əməkdaşlıq mümkündür, yalançı müxalifətçilərlə isə hər hansı münasibətlər yaradılmayacaq"-deyə Cəlaloğlu açıqlama verib.

Onun sözlərinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası ilə münasibətlər isə ayrıca bənddə əksini tapıb. ADP bundan sonra bütün siyasi qüvvələrə münasibətini bu sənəddə təsbit olunan prinsiplər əsasında həyata keçirəcək.

1991-ci ildə yaradılmış müxalifətçi partiya ADP-də parçalanma baş verib və hazırda təşkilat S.Cəlaloğlu və keçmiş sədr Rəsul Quliyevin tərəfdarlarına bölünüb.

Xəbər lenti

Xəbər lenti