...

Gəncə Şəhər İcra Hakimiyyəti binasının təmirinə 400 min manat ayrılıb

Siyasət Materials 28 Mart 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər İcra Hakimiyyəti binasının təmirinə başlanıb. Bu barədə məlumatı Gəncə Mənzil Komunal Təsərrüfatı və İstehsalat Birliyinin rəisi Abid Əliyev verib. 1961-ci ildən isitifadəyə verilən inzibati binada heç vaxt əsaslı təmir işləri aparılmayıb.

Əliyevin sözlərinə görə, bunun üçün dövlət büdcəsindən 400 000 manat vəsait ayrılıb. Müsahib bildirib ki, təmir işlərinə ilk olaraq dam örtüyünün yeniləşdirilməsi və fasadlarının ağardılması ilə başlanılacaq. Binanın istilik və kanalizasiya sistemlərinin də yenidən qurulması nəzərdə tutulub. Bundan başqa, binanın ornamentlərinin bərpası da nəzərdə tutulub. Təmir işləri 3-4 ay davam edəcək.

Xəbər lenti

Xəbər lenti