...

Azərbaycan Daxili Qoşunlarının komandanı Almaniyaya səfər edib

Siyasət Materials 5 Aprel 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı üçün Almaniyada keçirilən kutləvi tədbirlərin idarə edilməsi və kutlənin nəzarəti uzrə altı gunluk təhqiqat turu sona çatıb.ATƏT-in Bakı Ofisindən cümə axşamı Trend ə verilən məlumata görə, təhqiqat turu ATƏT-in Azərbaycan huquq-mühafizə orqanlarının sərbəst toplaşmaq azadlığının dəstəklənməsində beynəlxalq prinsiplər üzrə biliklərinin təmin edilməsini nəzərdə tutan ofis proqramının bir hissəsidir.

Bu təhqiqat turu Azərbaycan polisinə alman həmkarları ilə yaxşı munasibətlər qurmağa, əməliyyat polisi və kutləyə nəzarət texnikalarının muxtəlif aspektlərini oyrənməyə imkan yaradıb. Bu səfər numayəndə heyətinə polis mutəxəssislərinin təlimini gormək imkanı yaratmaqla yanaşı, eyni zamanda Almaniyanın şimalında Şlezviq-Holştaynda polis təliminin secim prosesini muşahidə etmək imkanı yaradıb. Numayəndə heyəti eyni zamanda Lubekdə cevik polis alayının fəaliyyətini və ictimaiyyətin sərbəst toplaşmaq azadlığını təmin edərkən asayişin qorunmasında istifadə edilən texniki avadanlıq və taktikaları muşahidə etmək imkanı əldə ediblər. Nümayəndə heyətinə DİN-in Daxili Qoşunlarının komandanı Zakir Həsənov rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti