...

Azərbaycan Demokrat Partiyasının "Milli yol" qəzetinə qarşı şikayətinə baxılıb

Siyasət Materials 10 Aprel 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) doqquzuncu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlunun "Milli yol" qəzetinə qarşı qaldırdığı iddia üzrə çərşənbə axşamına təyin olunan hazırlıq iclası təxirə salınıb. Bu barədə Sərdar Cəlaloğlu məlumat verib.

Səbail rayon məhkəməsində hakm Alim Namazovun sədrliyi ilə keçən iclasa cavabdeh tərəfin nümayəndəsi gəlməyib. Bu səbəbdən hakim hazırlıq iclasını aprelin 13-ü saat 17.00-a təyin edib.

Müxalifətçi partiyanın funksioneri S.Cəlaloğlu şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırıb.

Eyni iddia ilə S.Cəlaloğlunun qardaşı Qurban Məmmədov da "Milli yol" qəzetini məhkəməyə verib. Səbail rayon məhkəməsində bu proses də cavabdehin iştirak etməməsi səbəbindən təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti