...

Bakıda Azərbaycan-Dağıstan ticarət münasibətləri müzakirə olunacaq – ikinci versiya

Siyasət Materials 19 Aprel 2007 15:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Dağıstan və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafı Dağıstan prezidenti Muxu Əliyevin Azərbaycana rəsmi səfərinin əsas diqqət mərkəzində olacaq. Bu barədə bu gün telefon vasitəsilə Dağıstanın mətbuat xidmətindən məlumat verilib.

Ticarət münasibətləri ilə yanaşı danışıqlarda qonşuluq, mədəni və iqtisadi münasibətlərin inkişafı müzakirə olunacaq.

Dağıstan liderinin Azərbaycana səfər tarixi hələ razılaşdırılmayıb, lakin artıq məlumdur ki, səfər aprelin sonuna nəzərdə tutulub. Dağıstanın Bakıdakı nümayəndəliyindən Trend ə öncə məlumat verildiyi kimi, səfər tarixinin və proqramının razılaşdırılması üçün aprelin 23-də Bakıya Dağıstan hökumət nümayəndəsi gələcək.

Xəbər lenti

Xəbər lenti