...

Səməd Seyidov: "İltizam Əkbərli Müsavat Partiyasının nümayəndəsi kimi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib"

Siyasət Materials 24 Aprel 2007 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ İltizam Əkbərli Müsavat Partiyasının nümayəndəsi kimi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) əvəzedici nümayəndə heyətinin tərkibinə daxil edilib. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

Seyidov qeyd edib ki, bu barədə Avropa Şurasına da məlumat verilib: "Avropa Şurasının rəsmi internet saytında da bu barədə məlumat yerləşdirilib".

İ.Əkbərli bitərəf millət vəkili Elmira Axundovanı əvəz edib.

Azərbaycanın AŞPA-dakı əsas nümayəndə heyətinin atlı üzvü var: Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Əli Hüseynov, Rafael Hüseynov və Qənirə Paşayeva. Əvəzedici heyətdə isə Aynur Quliyeva, Aydın Mirzəzadə, Aydın Abbasov, İltizam Əkbərli, Fəzail İbrahimli və Əkrəm Abdullayev təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti