...

Azərbaycanın birinci xanımı Cenevrəyə səfər edəcək

Siyasət Materials 28 Aprel 2007 14:26 (UTC +04:00)
Azərbaycanın birinci xanımı  Cenevrəyə səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Mayın ortalarında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Cenevrəyə səfər edəcək. Bu barədə şənbə günü telefon vasitəsilə müsahibəsində Berndən Azərbaycanın Cenevrədəki səfiri, BMT-nin Cenevrə şöbəsindəki və beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Səfirin qeyd etdiyi kimi, birinci xanım Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik iclasında iştirak edəcək. İclas çərçivəsində bir sıra nominasiyalar üzrə mükafatların təqdimetmə mərasimi keçiriləcək. Heydər Əliyev Fondunun prezidentinə "Ana, körpə və ailə sağlamlığının müdafisəindəki müstəsna xidmətlərinə görə" nominasiyası üzrə ÜST-in mükafatı təqdim olunacaq, - deyə səfir məlumat verib.

Cenevrədə Mehriban Əliyeva təşkilatın rəsmi şəxsləri və digər iştirakçı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti