...

Nazir müavini: "Türkmənistanın yeni rəhbərliyi Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı istəyini bildirir"

Siyasət Materials 2 May 2007 20:57 (UTC +04:00)
Nazir müavini: "Türkmənistanın yeni rəhbərliyi Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı istəyini bildirir"

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Bakıda bəyan edib ki, Türkmənistanın yeni rəhbərliyi Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı istəyini bildirir.

Axırıncı dəfə aprelin 23-24-də Aşqabadda Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı işçi qrupun görüşünün yekunlarını şərh edən Xələfov qeyd edib ki, Azərbaycan Türkmənistanla ikitərəfli münasibətlərin yalnız Xəzərin hüquqi statusu ilə bağlı deyil, həmçinin digər sahələrdə də inkişaf edəcəyinə ümid edir. O bildirib ki, yaxın zamanlarda Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xəzərin hüquqi statusu məsələsinə dair İranın mövqeyinə toxunan nazir müavini bildirib ki, Türkmənistanda görüş beştərəfli formatda keçirilib. Yaxın vaxtda isə Bakıda ikitərəfli formatda görüş keçirilməsi planlaşdırılır. Xələfov bildirib ki, növbəti görüşün yaxın 3-4 ay ərzində Tehranda keçirilməsi barədə Aşqabadda razılaşma əldə olunub. İran beş Xəzəryanı ölkənin (Azərbaycan, Türkmənistan, İran, Rusiya, Qazaxıstan) XİN rəhbərlərinin görüşünün Tehranda keçirilməsini təklif edib. Həmçinin bu görüş çərçivəsində dövlət başçılarının iştirakı ilə sammit keçirilməsi barədə məsələ də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti