...

Yeni Azərbaycan Partiyasının sədr müavini: "YAP Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam ideyalar və prinsiplər əsasında formalaşdığından daha güclüdür"

Siyasət Materials 4 May 2007 12:37 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədr müavini: "YAP Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam ideyalar və prinsiplər əsasında formalaşdığından daha güclüdür"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın sabiq prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə keçiriləcək tədbirlər ölkənin bütün regionunu əhatə edəcək. Bu barədə Trend ə cümə günü eksklüziv müsahibəsində YAP sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib.

Əhmədov bildirib ki, Əliyevin doğum günü ilə bağlı böyük tədbirlərin, konfransların keçirilməsi ənənəsi 2003-cü ildən başlanıb. Bu ənənənin bu günə kimi davam etdiyini deyən YAP sədrinin müavini bildirib ki, mayın 7-də keçiriləcək konfransda "Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində" kitabının təqdimatı da olacaq. Həmin kitabda Əliyevin keçdiyi ictimai-siyasi həyat yolu ilə bağlı məruzəçilərin çıxışları toplum şəkilində yığılıb.

Əhmədov bildirib ki, böyüməkdə olan yeni nəsl arasında Əliyevin şəxsiyyətinin, titanik fəaliyyətinin, ideyalarının təbliğ edilməsinə böyük ehtiyac var. Ona görə də bu ildən əsası qoyulan məktəblilər arasında Heydər Əliyev Olimpiadası gələcək illərdə də davam etdiriləcək.

"Bünövrələri sağlam dayaqdan olan hər bir təşkilat uzun müddət fəaliyyət göstərir. YAP Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam ideyalar və prinsiplər əsasında formalaşdığından daha güclüdür" - deyə Əhmədov bildirib. YAP təmsilçisi deyib ki, indiki halda partıyanın sıralarında 400 mindən artıq insan var. Partiya Azərbaycan cəmiyyətinə çox əsaslı şəkildə nüfuz etmək parametrlərinə sahibdir.

Əhmədov vurğulayıb ki, YAP Əliyev vəfat etdikdən sonra da əvvəlki inkişaf tempindən də artıq fəaliyyət göstərir.

"Partiya tək üzvlərinin sayına görə yox, nüfuzuna görə də güclüdür. İlham Əliyev YAP üzvləri ilə görüşündə bəyan edib ki, YAP nəinki Azərbaycanda, həmçinin regionda ən güclü partiyadır" - deyə Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti