Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 10-da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə növbəti görüş keçirəcək.
Minsk qrupunun (Fransa, ABŞ, Rusiya) həmsədrləri ilə görüş Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 117-ci sessiyası çərçivəsində keçiriləcək. Bu sessiyada Ermənistan xarici işlər naziri Vardan Oskanyan da iştirak edəcək.
Məmmədyarov söyləyib ki, mayın 11-də həmsədrlər Oskanyanla danışıqlar aparacaq. O qeyd edib ki, Azərbaycan və Erkmənistan XİN rəhbərlərinin görüşü planlaşdırılmır.
Azərbaycan XİN rəhbəri həmsədrlərin mayın sonunda regiona səfərinin qüvvədə qaldığını bildirib. Mayın 10-da həmsədrlərin ATƏT sədri Migel Anxel Maratinosla görüşü planlaşdırılıb, bundan sonra isə diplomatlar Strasburqda olacaqlar.