...

Ukraynalı politoloq hesab edir ki, Ukraynada hakimiyyət böhranından çıxış yolu tərəflər arasında kopromiss və konsensusdur

Siyasət Materials 11 May 2007 18:01 (UTC +04:00)
Ukraynalı politoloq hesab edir ki, Ukraynada hakimiyyət böhranından çıxış yolu tərəflər arasında kopromiss və konsensusdur

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Kompromis və konsensusdan başqa Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün digər mexnizmlər yoxdur. Politoloq, Ukraynanın Siyasi Dəyərlərin Araşdırılması Mərkəzinin direktoru Oles Doni belə hesab edir.

Cümə axşamı Ukrayna prezidenti Viktor Yuşşenko növbədənkənar parlament seçkilərinin tarixi barədə məsələni Milli Təhlükəsizlik şurasına çıxarmaqla bağlı hədələyib. Yuşşenko səsvermənin tarixini müəyyən edəcək xüsusi işçi qrupla görüşüb və onu müzakirələri tezləşdirməyə çağırıb. Prezdentin fikrincə, müzakirələr bilərəkdən uzadılır.

Cümə günü Kiyevdən telefonla Doni məlumat verib ki, Yuşşenkonun Milli Təhlükəsizlik Şurası ilə bağlı hədələri yalnız şantaj elementidir. Lakin bununla belə fərman və Konstitusiya Məhkəməsinin bəzi hakimlərinin dəyişdirilməsi ilə prezident radikal hərəkətlərə hazır olduğunu göstərib. Bu da öz növbəsində müxalif Regionlar Partiyasını narahat edir. "Koalisiya partiyalarının iştirakı olmadan seçkilərin keçirilməsi imkanı var, çünki indi təhqirlər mübadiləsi olacaq və hər iki tərəf seçkilərin hansısa tarixi ilə razılaşacaq. Belə ki, regionlar üçün sosiologiya böyük hesabla kifayət qədər əlverişli mənzərə deməkdir və onlar seçkilərin keçirilməsi ilə bağlı çox narahat olmaya bilər. Onlar deyə bilər ki, yuxarıdan gösətrilmiş tarixlə razılaşmırlar, özləri isə tarixi dəyişəcəklər", deyə politoloq bildirib. O zənn edir ki, Yuşşenko Ukraynanın baş naziri Viktor Yanukoviçlə tarixin dəyişdirilməsi ilə bağlı razılığa gələcək, tarixin tətbiq edilməsi isə onların birgə qərarı olacaq. "Yuşşenko tarixin dəyişdirilməsi ilə bağlı fərmanı dayandırmağa çalışacaq", - deyə politoloq bildirib.

Doninin fikrinə görə, prosesdə daha konstruktiv rolu seçkilərin keçirilməsində az maraqlı olan Ali Radanın spikeri Aleksandr Moroz tutur. Onun bu günkü radikal mövqeyi Regionlar Partiyasının digər müxalifət partiyalarına birgə blok təklif edə bilməsi ilə əlaqədardır. Görünür ki, bu blokda yerlərin sayı onu az qane edir, deyə politoloq bildirib.

Politoloq həmçinin Ukrayna baş nazirinin Rusiya və Avropa Birliyinə ölkəsində siyasi böhranın həll olunması üzrə dərhal beynəlxalq vasitəçilər kimi çıxış etməsi ilə bağlı çağırışına da münasibətini bildirib. "Rusiya artıq Ukraynada yaranmış vəziyyətlə bağlı fikrini bildirib. Kreml daha çox koalisiya qüvvələrini dəstəkləyir. Bununla belə, Rusiyanın Ukraynadakı vəziyyətə təsir etmək üçün real mexanizmləri yoxdur. Avropa Birliyinə gəldikdə, onlar neytral mövqe seçib. Hansısa mərhələdə bu mövqe Yanukoviç üçün əlverişli idi, indi isə bu mövqe Yuşşenkoya əl verir", Doni belə hesab edir. Onun fikrincə, Avropa Birliyini vəziyyətin güc tərəfinə doğru inkişaf etməməsi qane edir və Ukraynanın elitası hər halda razılığa gəlməklə bağlı özünün qabiliyyətini nümayiş etdirir. Bundan artığına Avropa ümid edə bilməz.

"Avropanın bir çox dövlətləri Ukraynanı Amerikanın təsir dairəsində deyil, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlə mübahisəyə səbəb olmaması üçün Rusiyanın təsiri altında görməyə hazırdır. Fikirləşirəm ki, neytrallıq saxlanılacaq və bu, Ukrayna elitasını razılığa gəlmək zəruriliyinə vadar edəcək", - deyə ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti