Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Azərbaycan və Gürcüstan prezidentləri sabah birlikdə energetika sammitində iştirak etdikləri Krakovdan Tiflisə gələcəklər.
Gürcüstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, dostluq xarakteri daşıyan səfər qeyri-rəsmidir və Tiflisin mərkəzində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin abidəsinin açılışı ilə eyni vaxta salınıb.
Abidənin açılışı ilə əlaqədar təntənəli mərasim Tiflisin köhnə Meydan rayonunda, Heydər Əliyev adına parkda keçiriləcək. Burada artıq Heydər Əliyevin Azərbaycan heykəltaraşı Natiq Əliyev tərəfindən hazırlanmış abidəsi qoyulub.
Tiflisdə həmçinin Heydər Əliyev Fondu tərəfindən yaradılmış Kir Osman sərgi kompleksinin də açılışı nəzərdə tutulub.
Bununla yanaşı prezidentin Tiflis Botanika Bağında Azərbaycanın məşhur ədəbiyyatşünas və mütəfəkkirlərinin - Fətəli xan Xoyski, Mirzə Şəfi Vazeh, Həsən bəy Ağayev və Mirzə Fətəli Axundovun qəbirləri üzərində büstlərin açılışında iştirak edəcəyi gözlənilir. Azərbaycan xalqının böyük oğullarının büstü Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
İlham Əliyevin Tiflisdə rəsmi tədbir və görüşləri nəzərdə tutulmayıb. Gürcüstan və Azərbaycan prezidentlərinin qeyri-rəsmi görüşü nəzərdə tutulub.