...

MSK sədri: "Gələn ilin yanvarınadək DSK-ların fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılacaq"

Siyasət Materials 21 May 2007 19:06 (UTC +04:00)
MSK sədri: "Gələn ilin yanvarınadək DSK-ların fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən iclasında bir sıra qərarlar qəbul edilib. MSK-nın 26 aprel 2007-ci il tarixli iclas protokolu təsdiq edilib, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin rəsmən başa çatması və rəsmi internet saytlarında yerləşdirilməsi barədə qərar çıxarılıb.

İclasda həmçinin bir sıra dairə komissiyalarının (52 saylı Quba, 91 saylı Ucar, 97 saylı Goranboy-Tərtər-Ağdam seçki dairələri) tərkibində bəzi üzvlər dəyişdirilib.

MSK sədri Məzahir Pənahov dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinin yekunları barədə açıqlama verib. Bildirib ki, 125 DSK-dan yalnız 21-nin iş şəraiti normal vəziyyətdə olub. Qalan dairələr üçün yeni binaların tikilməsi və ya binaların təmir olunmasına göstərişlər verilib. Pənahovun sözlərinə görə, hazırda 52 DSK üçün yeni binanın tikilməsinə başlanılıb, 16 DSK-ya yeni bina ayrılması üçün lahiyələr işlənilir, 22 dairəyə əlavə otaqlar verilib. 125 dairədən yalnız 4-nün barəsində isə hələlik heç bir qərar verilməyib, qalanların hamısının yerləşdiyi bina, iş şəratinin yaxşılaşdırılması barədə hazırlıqlar görülür.

Pənahov qeyd edib ki, gələn ilin yanvarınadək DSK-ların fəaliyyətini yüksəltmək üçün onların iş şəraiti beynəlxalq standartlara uyğunlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti