...

Lavrov Xəzəryanı dövlətlərin XİN başçılarının görüşündə iştirak etmək üçün Tehrana gedəcək

Siyasət Materials 18 İyun 2007 13:05 (UTC +04:00)

Rusiya XİN başçısı Sergey Lavrov iyunun 20-də Tehranda keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak edəcək. Bu barədə bazar ertəsi Rusiya XİN-dən məlumat verilib.

"Konfransın məqsədi ikinci Xəzər sammitinə hazırlıqdır. Konkret olaraq görüşdə "Xəzəryanı beşlik" prezidentlərinin görüşü üçün sənəd layihələri hazırlanacaq" - deyə XİN-in yaydığı məlumatda bildirilir.

Nazirlər Xəzər dənizinin hüquqi statusu, Xəzərdə regional təhlükəsizlik və əməkdaşlığın inkişafı üçün təminat məsələlərini müzakirə edəcəklər. Bu barədə RİA Novosti iəlumat yayıb.

Konfrans İran tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti