...

Azərbaycanda polisin əmək haqqı artırılacaq (video)

Siyasət Materials 18 İyun 2007 13:43 (UTC +04:00)
Azərbaycanda polisin əmək haqqı artırılacaq (video)

Azərbaycan, Bərdə / Trend müxbir K.Zərbalıyeva/ 2 iyul - Polis günü münasibətilə daxili işlər orqanlarında çalışanların əmək haqqı artırılacaq. Daxili işlər nazirinin müavini Oruc Zalov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, prezident polisin sosial müdafiəsinin və maddi-texniki bazasının yüksəldilməsi ilə bağlı 2005-2008-ci illər üçün Dövlət Proqramını təsdiqləyib: "Hər il bu Proqrama uyğun olaraq polisin əmək haqqı artırılır, maddi-texniki bazası yüksəldilir. Bu il də polisin əmək haqqının artırılması nəzərdə tutulub".

Nazir müavini yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələrin məbləğinin artırılması və qaydaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə olunan təkliflərə də münasibət bildirib. Zalov bildirib ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi Milli Məclis qarşısında bu təkliflə çıxış edib: "Azərbaycanın iqtisadi inkişafı sürətlənib. Maaşlar, əhalinin həyat səviyyəsinin artması cərimələrin məbləği ilə uzlaşmır. Cərimələrin az olması intizamsız sürücülərin təkrarən pozuntulara yol verməsi ilə nəticələnir. Biz cəriməlrin artırılmasının tərəfdarıyıq".

Xəbər lenti

Xəbər lenti