...

Müxalifət partiyası qurultaya hazırlaşır

Siyasət Materials 25 İyun 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultaya hazırlığını davam etdirir. Bu barədə bazar ertəsi Bakıda AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Kərimov qeyd edib ki, hazırda partiyanın rayon və şəhər təşkilatlarında qurultaya hazırlıq üzrə konfranslar keçirilir, qurultaya nümayəndələr seçilir.

"Yaxın vaxtlarda konfranslar başa çatacaq. Bundan sonra partiyanın Ali Məclisinin iclası keçiriləcək və orada qurultayan dəqiq tarixi müəyyənləşdiriləcək. Qurultayı payız aylarından gec olmayaraq keçirmək niyyətindəyik" - deyə partiya funksioneri əlavə edib.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Hazırda qərargah problemi olan AXCP Azərbaycan Demokrat Partiyasının qərargahında məskunlaşıb.

Xəbər lenti

Xəbər lenti