Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycanın daxili işlər naziri Ramil Usubov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, daxili işlər nazirinin müavini Məhərrəm Əliyevin istefa ərizəsini imzalayıb. Bu barədə cümə axşamı DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.
Dünən axşam Əliyev istefa verdiyini bəyan edib və bunu digər işə keçməsi ilə əlaqələndirib.