...

Nazir: "Azərbaycanda atom elektrik stansiyasının tikilməsi mümkündür" (video)

Siyasət Materials 28 İyun 2007 13:00 (UTC +04:00)
Nazir: "Azərbaycanda atom elektrik stansiyasının tikilməsi mümkündür" (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi bu dövlətin hüququdur. Lazım gələrsə, Azərbaycanda AES tikiləcək və bu, mümkündür. Bu bəyanatla cümə axşamı Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edib. Onun sözlərinə görə, bu sahədə getdikcə mükəmməl texnologiyalar ortaya çıxır.

"Yaxşı mühafizə olunan nüvə elektrik stansiyası olsa, ətraf mühitə ziyan vurmaz və tükənməz enerji mənbəyi olar. Bütün bunlar Azərbaycanda atom elektrik stansiyasının tikilməsi üçün düşünməyə əsas verir" - deyə Bağırov əlavə edib.

Martın sonlarında Azərbaycanda AES-in tikintisi üçün hazırlanan təkliflər zərfi xarici işlər naziri Elmar Məmmədyarova təqdim edilib. Keçmiş sovet dövründə Bakının Nəvai qəsəbəsində AES-in tikintisinə başlanılsa da, Çernobıl qəzasından sonra iş dayandırılıb.

Xəbər lenti

Xəbər lenti