...

Sosinternin baş katibinin Bakıya səfərinin vaxtı yenə də dəyişdi

Siyasət Materials 4 İyul 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) dəvəti ilə Sosialist İnternasionalının baş katibi Luis Ayala iyulun 5-də Bakıya gələcək. Bu barədə hazırda İsveçrədə səfərdə olan ASDP sədri Araz Əlizadə məlumat verib.

O qeyd edib ki, Sosinterninin baş katibi Ayala ilə birgə Bakıya gəlmək üçün iyulun 3-də Cenevrədən Londona uçmalı, bu gün - iyulun 4-də isə artıq Bakıda olmalı idilər. Lakin ötən gün London aeroportunda baş vermiş terror aktına cəhd hadisəsi nəticəsində bütün uçuşlar dayandırılıb. Ona görə də Londona uça bilməyiblər. Əlizadə və Ayalanın Bakıya gəlməsi bir gün də yubanıb. Onlar iyulun 5-də Bakıya gələcəklər.

Bu gün artıq London aeroportunda uçuşlar bərpa olunub.

Qeyd edək ki, Luis Ayalanın Bakıya səfəri əvvəlcə iyunun 25-ə, sonra isə vaxtı dəyişdirilərək iyulun 2-ə təyin olunmuşdu. Yenidən bu səfərin vaxtında dəyişiklik edilərək iyulun 4-ə təyin olundu. Lakin London aeroportunda yaranmış terror təhlükəsi nəticəsində səfərin iyulun 5-də baş tutması gözlənilir.

Xəbər lenti

Xəbər lenti