...

Səfir: Azərbaycan prezidentinin Qazaxıstana qarşıdakı səfəri əlaqələri yeni səviyyəyə qaldıracaq

Siyasət Materials 1 Avqust 2007 17:26 (UTC +04:00)
Səfir: Azərbaycan prezidentinin Qazaxıstana qarşıdakı səfəri əlaqələri yeni səviyyəyə qaldıracaq

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Azərbaycan prezidenti İlham Əliyevin avqustun 7-8-də Qazaxıstana səfəri zamanı bir sıra sənədlər imzalanmaq üçün hazırlanır. "Üç-dörd mühüm sənəd imzalanacaq. Birincisi - Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında birgə bəyannamədir" - deyə çərşənbə günü Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

Tərəflər həmçinin "Azərbaycan televiziya və radio yayım" QSC və Qazaxıstan Respublikası Teleşirkəti arasında əməkdaşlıq haqqında razılaşma layihəsi, Azərbaycan və Qazaxıstan arasınada azadlıqdan məhkum olunmuş şəxslərinin cəzalarını öz ölkələrində çəkmək üçün verilmələri haqda protokola dəyişiklər hazırlayır. Bundan əlavə iki ölkənin qiymətli kağızlar komitəsi arasında maliyyə bazarının tənzimlənməsi haqqında razılaşma imzalanacaq.

Tərəflər həmçinin neft-qaz sahəsində sənədlərin hazırlanması üzərində işləyirlər. "Xəzər nəql sistemi haqqında Memorandum və Qazaxıstanın Bakı-Tiflis-Ceyhan kəmərinə qoşulması haqqında nəqliyyat sazişinin üzrəində isə hər iki tərəfdən neftçilər işləyir. Onların səfər baş tutana qədər sənədi hazırlaya biləyəcəklərini isə hələ ki söyləyə bilmərəm" - deyə Qəndilov qeyd edib.

Səfir əmindir ki, Astanada prezidentlərin baş tutacaq görüşü iki ölkə arasınada əlaqələri daha yüksək səviyyəyə qaldıracaq. "İki ölkə arasınadakı əlaqələr son zamanlar yüksək səviyyədə inkişaf edir və dövlət başçılarının səfəri də bu münasibətlərin yeni səviyyədə inkişafına imkan yaradacaq. Bir çox beynəlxalq məsələlər üzrə bizim mövqeyimiz üst-üstə düşür. Xüsusilə Xəzərin statusunun müəyyən olunması ilə bağlı. "Müstəqillikdən bir il sonra hüquqi-müqavilə bazası yaradılıb, 80-dən çox hökumətlərarası razlaşma imzalanıb" - deyə Qəndilov söyləyib.

O qeyd edib ki, ölkələr arasında energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrində fəal əməkdaşlıq həyata keçirilir. "Bu bizim əlaqələrimizin xarakterini müəyyənləşdirən əsas sahələrdir. Qloballaşma meyllərilə əlaqədar olaraq məhz nəqliyyat əlaqələri ön plana çıxır. Şərqin Qərblə inteqrasiyası üçün TRACEKA-nın mühim əhəmiyyəti var"- deyə o qeyd edib.

Səfir xatırladıb ki, 2003-cü ildə İlham Əliyevin prezident kimi ilk səfərlərindən biri Qazaxıstana olub. 2004-cü ildə Azərbaycan prezidenti Qazaxıstanda keçirilən MDB sammitində iştirak edib. 2005-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinin Azərbayacan hissəsinin açılış mərasimində iştirak etmək üçün Qazaxıstan prezidenti Azərbaycanda səfərdə olub. 2006-cı ildə İlham Əliyev Astanada keçirilən AQİET sammitində iştirak edib. Səfər zamanı Qazaxıstanın Bakı-Tiflis-Ceyhan neftkəmərinə qoşulması haqqında razılaşma imzalanıb.

"Əgər 2004-cü ildə hökumətlərarası komissiyanın bir iclası olubsa, yalnız cari ildə 5 toplantı olub. Bu bizim ölkələrimiz arasınada daima dialoq olduğunu göstərir" - deyə səfir Qəndilov bildirib.

Xəbər lenti

Xəbər lenti