...

Azərbaycan Rusiyadan silah-sursat alınması ilə bağlı məlumatı təkzib edir

Siyasət Materials 16 Avqust 2007 12:43 (UTC +04:00)
Azərbaycan Rusiyadan silah-sursat alınması ilə bağlı məlumatı təkzib edir

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan silah-sursat alınması ilə bağlı bu ölkənin mətbuatının yaydığı məlumatı təkzib edir. Müdafiə Nazirliyinin cümə axşamı yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Rusiyanın Müdafiə Nazirliyi arasında bu barədə saziş imzalanmayıb.

Nazirlik bəyan edir ki, qonşu dövlətdən hər hansı silah-sursat alınmayıb: "Rusiya mətbuatında bu haqda yayılan məlumatlar uydurmadır və onların heç bir əsası yoxdur".

Rusiya mətbuatının yazdığına görə, Qazaxıstanla Azərbaycan Rusiyadan yeni hərbi texnikanın alınması ilə bağlı $40 mln. dəyərində müqavilə imzalayıblar. Rusiyanın "Vedomosti" qəzetinin yazdığına görə, iyulda "Rosoboroneksport" Azərbaycana 70 yeni BTR-80 zirehli maşınlarının göndərilməsi ilə bağlı müqavilə bağlayıb. Bir müddət öncə isə eyni miqdarda BTR-80 maşınlarının Qazaxıstana satılmasına dair saziş imzalanıb.

"Rosoboroneksport"da və Hərbi-sənaye şirkətində ("Russkiye maşinı" holdinqinə daxildir, BTR-ləri istehsal edən Arzamas maşın zavoduna nəzarət edir) məsələyə hər hansı şərh verməkdən boyun qaçırıblar.

Müqavilələrin mövcudluğunu Rusiya Müdafiə Nazirliyinin məmuru təsdiqləyib. O bildirib ki, bu ölkələrlə BTR-80 maşınlarının satışı ilə bağlı əlavə müqavilələr imzalana, Azərbaycan isə BTR-80-dən baha olan, ən müasir BTR-90-nın ilk alıcısı ola bilər.

Xəbər lenti

Xəbər lenti