...

XİN başçısı: "Bu gün BMT Təhlükəsizlik Şurası yanında sülhməramlı əməliyyatlar üzrə Departament Tsitelubani kəndi yaxınlığındakı avia-insidentlə bağlı hesabat verəcək"

Siyasət Materials 16 Avqust 2007 14:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müx. N.Kirtsxalia / BMT Təhlükəsizlik Şurası yanında sülhməramlı əməliyyatlar üzrə Departament bu gün Tsitelubani kəndi yaxınlığındakı avia-insidentlə bağlı hesabat verəcək. Bu barədə jurnalistlərə Gürcüstan hökumətinin iclasından öncə Gürcüstanın XİN başçısı Gela Bejuaşvili məlumat verib.

Çərşənbə axşamı Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniya BMT baş katibi Pan Gi Munla görüşüb. Alasaniya ona avia-insidentin araşdırılması ilə bağlı son məlumatları verib. Təqdim olunan sənədlər arasında beynəlxalq ekspertlərin kəndi bombalayan təyyarənin məhz Rusiyadan gəldiyini təsdiq edən rəyi olub.

"Biz birmənalı şəkildə təsdiqləməliyik ki, gürcü tərəfi ilk gündən təkid edirdi ki, hava məkanı şimal tərəfdən pozulub. Bu faktın tanınması ilə gürcü tərəfi bütün tərəflərlə işləməyə hazırdır" - deyə Bejuaşvili qeyd edib.

O bildirib ki, bu günlərdə faktın araşdırılması məqsədilə Gürcüstana ATƏT eksperti də səfər edəcək.

Xəbər lenti

Xəbər lenti