...

İosif Şaqal: "Azərbaycanın İslam Dövlətləri Liqasına üzvlüyü onun üzərinə müəyyən məhdudiyyətlər qoyur"

Siyasət Materials 27 Avqust 2007 12:06 (UTC +04:00)
İosif Şaqal: "Azərbaycanın İslam Dövlətləri Liqasına üzvlüyü onun üzərinə müəyyən məhdudiyyətlər qoyur"

Knessetin deputatı, "İsrail-Azərbaycan" parlamentlərarası komissiyanın sədri İosif Şaqalla Trend in müsahibəsi

- Avqustun 15-dən 19-na qədər İsrail baş nazirinin müavini, strateji planlaşdırma üzrə nazir Aviqdor Libermanın Azərbaycana rəsmi səfəri oldu. Libermanın Azərbaycana səfəri kifayət qədər qısa oldu. Siz bu səfəri uğurlu adlandıra bilərsinizmi?

- Bu, İsrailin baş nazirinin müavini, eyni zamanda strateji planlaşdırma üzrə nazirinin İranla sərhəddə yerləşən, enerji ehtiyatlarının iri mərkəzi, Cənubi Qafqazın çox mühüm regionuna planlaşdırılan ilk rəsmi səfəri idi. Səfər daha çox tanışlıq xarakteri daşıyırdı. Aviqdor Liberman səfəri özü üçün çox mühüm hesab edirdi. Ölkə prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və iqtisadi inkişaf naziri Heydər Babayevin onu qəbul etməsi faktı isə Azərbaycanın da bu səfərə necə önəm verdiyini göstərir. Buna görə də yüksək səviyyədə keçirilmiş bütün görüş və danışıqlardan sonra mən qəti şəkildə deyə bilərəm ki, səfər uğulu olub.

- Bu səfərin məqsədləri nə idi və onlara nail olmaq mümkün oldumu?

- Ənənəvi olaraq qeyd olunur ki, Azərbaycan yəhudilərə və İsrailə qarşı çox gözəl münasibət bəsləyir. Və bu fikir günbəgün daha çox konkret məzmunla təsdiq olunur. Bizim ölkələrimiz və xalqlarımız arasında əlaqələr səmimiyyət və dostluqdan təmkin və işgüzar səviyyəyə doğru irəliləyir.

Artıq cari ilin 7 ayı ərzində ölkələrimiz arasında iqtisadi əməkdaşlığın həcmi 1,3-1,4 mlrd. dollar təşkil edib. Bu böyük həcmdir, axı hələ ilin sonu deyil.

Bununla belə, Aviqdor Liberman respublika rəhbərliyi ilə görüşlərində qeyd edib ki, bu heç də son hədd deyil, əgər bizim əməkdaşlığımızı əngəlləyən amilləri müəyyənləşdirsək və aradan qaldırsaq daha böyük həcmə nail ola bilərik. Bununla əlaqədar olaraq Liberman iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması ideyasını irəli sürüb. Dövlətlərarası qarşılıqlı fəaliyyətin bu forması atrtıq İsrail və Rusiya arasında iqtisadi əməkdaşlıqda azalma müşahidə edilən dövrdə sınaqdan keçirilib və özünü çox gözəl göstərib. Libermanın təklifini Azərbaycan tərərfi çox müsbət qarşılayıb.

- Aviqdor Libermanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü necə keçib?

- Deyə bilərəm ki, bu görüş cənab Libermanda çox gözəl təəssürat doğurub. Görüşün əsas hissəsi təkbətək keçib, sonra birgə kommünike verilib. Görüşdən sonra cənab Liberman bizə prezidentdən belə bir sitat gətirdi: "Bizim ölkələrimizi yaxınlaşdıran daha bir cəhət, qonşularımız sarıdan bəxtimizin gətirməməsidir". Ola bilsin bu müəyyən qədər yumorla deyilmiş fikirdir, lakin bizim maraqlarımızın yaxınlığını dəqiq müəyyənləşdirir. Bizim ölkələrimizin siyasətində terrorizmə, vəhabiliyə, istənilən radikallıq təzahürünə, terrorizmlə mübarizənin əhəmiyyətini anlamağa tamamilə oxşar münasibət müşahidə olunmaqdadır.

Aviqdor Liberman terrorizmlə birgə mübarizənin zəruriliyindən danışarkən bəyan edib ki, müasir dünyada bunun mövcud olması faktı belə qəbul olunmazdır və bu məsələdə Azərbaycan rəhbərliyi ilə mövqeləri tam uyğun olub.

Bundan başqa, İlham Əliyev və ölkənin digər rəsmi şəxsləri ilə söhbətdən sonra Aviqdor Liberman iqtisadiyyat, siyasət, geopolitika, yəhudi dünyası ilə bağlı bir çox ümumi mövqelərin olması qənaətinə gəlib.

- Siz artıq iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması planını xatırlatdınız. Başqa hər hansı bir konkret qərarlar qəbul olunubmu?

- Təbii ki, hər zaman olduğu kimi, əsas söhbət Azərbaycanın İsraildə səfirliyinin açılması haqda olub. Lakin hazırkı mərhələdə Ticarət Nümayəndəliyinin açılması haqqında məsələ daha konkretdir. Bu məsələ demək olar ki, həll olunub və ən yaxın zamanda iqtisadi inkişaf naziri Heydər Babayevin təsdiqi ilə İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılacaq.

- Bunu səfirlik açılana qədər ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinin yüksəlməsində növbəti bir addım kimi nəzərdən keçirmək olarmı?

- Hazırkı mərhələdə Ticarət Nümayəndəliyinin açılması barədə qərarı hər iki tərəf siyasi yaxınlaşma kimi qəbul edir. Lakin anlamaq lazımdır ki, Azərbaycan İslam Dövlətləri Liqasının üzvüdür və bu da onun üzərinə müəyyən məhdudiyyətlər qoyur. Bu, görüşlərdə bir neçə dəfə səsləndirilib. Şəxsən mən bu izahı çox da qəbul etmirəm, belə ki, İsrailin ərəb dünayası ilə olan bütün ziddiyyətlərinə baxmayaraq, biz Misir və İordaniya kimi ölkələrlə mükəmməl diplomatik əlaqələr yaratmışıq, bundan başqa Qətər, Mavritaniya və Mərakeşdə Ticarət nümayəndəliklərimiz var. Buna görə də İsraildə əvvəlcə Azərbaycanın Ticarət Nümayəndəliyinin, ardınca isə səfirliyinin açılması tamamilə məntiqi olardı.

- Məlumdur ki, Azərbaycan bu görüşdən neft-qaz sahəsində əməkdaşlıq məsələsinin müzakirəsi və bununla bağlı irəliləyiş gözləyirdi.

- Yəqin ki, siz həmçinin bilirsiniz ki, İsrail artıq Azərbaycandan ildə təqribən bir milyard dollarlıq neft alır və alınan həcmə görə Azərbaycan İtaliyadan sonra ikinci yeri tutur. Cənab Linberman İqtisdi İnlkişaf Nazirliyində danışıqlarda nəinki İsrailin Azərbaycan qazını almaqda maraqlı olduğunu bildirib, həmçinin alına biləcək həcmlə bağlı dəqiq rəqəmlər təqdim edib. Məncə, bu məsələnin də tam həlli mümkündür. İndi hər şey Azərbaycanın qaz ehtiyatlarından və respublikanın Türkmənistan və Türkiyə ilə apardığı danışıqlardan asılıdır.

Əgər türkmən qazının Bakı-Ceyhan xəttinə paralel olaraq nəqli barədə və Azərbaycanın Türkiyə ilə danışıqları da uğurlu keçərsə, bu, İsrailin Azərbaycan qazını alması layihəsinə və Türkiyə-İsrail daha bir kommunikasiya qolunun tikilməsi imkanına əlavə təkan vermiş olacaq.

- Nəzərə alsaq ki, Azərbaycanla bağlı məsələlər sizin həm siyasi, həm də ictimai fəaliyyətinizdə əsas yerlərdən birini tutur, gələcək planlarınız necədir?

- Haqlısınız. Mən Knessetdə parlamentlərarası "İsrail-Azərbaycan" qrupuna rəhbərlik edirəm və həyata keçirilən bütün layihələrin ən fəal iştirakçılarından biri olan "Azİz" adlı İctimai Assosiasiyanın prezidentiyəm. Məsələn, assosiasiya sizinlə barəsində danışdığımız nəzərdə tutulan konfransın bütün texniki və təşkilati xərclərini öz üzərinə götürəcək Gələn ilin mart ayında Eylatda bu forumu hazırlayıb həyata keçirməyə çox ümid edirik.

Mənim bura sonuncu səfərim zamanı bizə İsrail yazıçılarının Azərbaycana daha bir səfərinin təşkil olunması xahişi ilə müraciət etmişdilər. Bundan başqa, Azərbaycan klassiklərindən birinin əsərlərinin ivrit dilinə və İsrail ədəbiyyatı klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunması layihəsi də böyük maraq doğurub.

Bunun ən nümunəvi məqamlarından biri İsrail boksçularından ibarət nümayəndə heyətinin Bakı turnirinə göndərilməsidir. Həmin nümayəndə heyətini rəhbəri və 4 nəfər bokçu elə Azərbaycandan gələnlərdir.

Daha maraqlı bir məqam isə, hazırda Almaniyada yaşayan, Azərbaycandan mühacirət edən İsrail icması və etnik azərbaycanlılar icmasının nümayəndələrinin "Azİz-Almaniya" Assosiasiyasının yaradılmasında onalara kömək etmək istəyi ilə bizə müraciət etmələridir. Biz məmnuniyyətlə bu işlə məşğul olacağıq.

Xəbər lenti

Xəbər lenti