Azərbaycan, Bakı / Trend müxbir Z. Səfərov/ "Simurq" futbol klubu Azərbaycan çempionatında birinciliyi ələ keçirdi.
Trend in verdiyi xəbərə görə komanda beşinci tur çərçivəsində öz medanında "Qəbələ"yə 2:0 hesabı ilə qalib gələrək aktivindəki xalları 13-ə çatdırıb. Hal hazırda "Simurq" ikinci yerdə olan və bir oyunları ehtiyyatda olan potensial lederləri - "Xəzər" və "Olimpik"i bir xzal qabaqlayır.
Hoysike Haciyevskinin "Bakı"nın baş məşqçisi kimi debütü asan başlamadı. "Masallı"ya qarşı ev oyununda onun yetirmələri matçın sonuna 5 dəqiqə qalmış 0:1 hesabı ilə geridə idilər. Lakin Vüqar Quliyevin və Aleksandr Qoqoberişvilinin dəqiq zərbələri tablodakı vəziyyəti "Bakı"nın xeyrinə dəyişdi. "Karvan" isə doğma meydanında çempionatın autsayderlərindən olan "Cənclərbirliyi"nə 1:2 hesabı ilə məğlub oldu.